HAQQIMIZDA
FAM Group Travel
FAM Group Travel şirkəti 2018-ci
ildə yaradılmışdır
Şirkətin əsas fəaliyyət sahəsi turizm və əlaqəli xidmətlərdir, avia-bilet satışı, otel rezervasiyası, transfer, viza dəstəyi, konfransların təşkili, xarici qonaqların Azərbaycanda yerləşdirilməsi, bələdçi və s. daxildir.
Missiyamız
Şirkətin başlıca missiyası müştəri
məmnuniyyətini yüksək səviyyədə təmin etməkdir. FAM Group Travel şirkəti
müştəri məmnuniyyəti sorğusu hazırlayaraq müştərilərin ehtiyaclarını daha yaxşı
anlaya bilmək üçün onlar arasında sorğu aparır.
Niyə Biz ?
Biz
sizə səyahətiniz üzrə bütün variantlar haqqında, xüsusi kampaniyalar haqqında
və müəyyən bir məhsulun keyfiyyətinə dair məlumat verəcəyik və siz öz
istəyinizə uyğun səyahət paketini seçə bilərsiniz.
Transfer
Biz otel, hava limanı və digər arzu
olunan istiqamət üzrə transfer xidməti təşkil edirik. Ən çox tələb olunan
transfer xidmətləri: mövcud səyahət paketinə uyğun və ya turistin fərdi
sorğusuna əsasən olanlardır. Bu transfer xidmətləri həm individual, həm də qrup
şəklində həyata keçirilir. Öz şəxsi parkımız olduğundan, biz son anda belə
transfer sorğunuza tez bir zamanda reaksiya verə bilirik.
Otel Bronlaşdırılması
FAM Group Travel xidməti istər B2B,
istər onlayn, istərsə də birbaşa partnyorlar vasitəsilə dünyanın bir çox
ölkəsində sərfəli qiymətlərlə otel rezervasiyası həyata keçirir. Bu siyahıya
istər işgüzar istərsə də sanator, kurort, resort otellər daxildir.
Viza
Dəstəyi
Bizim təcrübəli mütəxəssislərimiz dünyanın istənilən ölkəsinə
VİZA rəsmiləşdirilməsində yardımçı ola bilərlər.
- Səfirlikdə olacaq
görüşlər üçün tövsiyələrin verilməsi
- Səfirlikdən görüş
vaxtının alınması
- Səfirliyə müraciət
blankının doldurulması
- Müraciət edən şəxsin
ümumi sənədlərinin yoxlanılması
Eyni zamanda xaricdən ölkəmizə gələn turistlər və iş adamları üçün Azərbaycan VİZA-sının təşkili şİrkətmizin fəaliyyətinə
daxildir. Azərbaycan vizası 3 iş gün ərzində (standart) və ya 3 saat ərzində verilə bilir (təcili).