•  
24.10.21
  • AZ
Dominikan

Dominikan

Dominikan Respublikası - (İspan República Dominicana, oxunuşu 'republika Dominikana') Karib dənizindəki Hispanyola adasında yerlşən bir ölkədir. Hispanyola Puerto-Rikonun qərbində, Kuba və Yamaykanın şərqində yerləşir. Venesuela ilə dəniz sərhədi vardır. Adanın qərb hissəsində Haiti yerləşir. Dominikan Respublikası ilə Dominika qarışdırılmamalıdır. Dominikan Respublikası Avropalıların Amerika qitələrində ilk məskunlaşma yeridir. Paytaxtı, Santo-Dominqo da Amerikalardaki ilk müstəmləkə paytaxtı idi.[1][2] Müstəqilliyinin böyük bir hissəsində ölkədə siyasi böhran yaşanmış, xalqı təmsil etməyən və təzyiqçi bir çox hökumət tərəfindən idarə edilmişdir. 1961-ci ildə diktator Rafael Leonidas Trujillo Molinanın ölümündən sonra Dominikan Respublikası təmsili demokratiyaya keçmişdir.